Bu il “Azərişıq” ASC elektrik enerjisinin texniki itkilərin səviyyəsini 0,1-0,2% azaltmağı planlaşdırır. ONA-nın məlumatına görə, bunu “Azərişıq” ASC-nın enerji satışı departamentinin direktorunun birinci müavini Vüqar Nəbibəyli bildirib.
Onun sözlərinə görə, “Azərişıq” üzrə elektrik enerjisinin texniki itkiləri 2015-ci ildə 13,8%-dən 2018-ci ildə 9,8% göstəricisinə qədər azalıb: “Bu göstəricinin azaldılması istiqamətində işlər davam etdirilir. Bu il texniki itkilərin səviyyəsinin keçən il ilə müqayisədə 0,1-0,2% azaldılması planlaşdırılır. "Azərişıq" regionlarda elektrik enerjisinin texniki itkilərini də 11,3%-dən 7,8-8%-ə endirmək niyyətindədir”.
V.Nəbibəyli onu da bildirib ki, elektrik şəbəkəsinin yenilənməsi, SKADA sisteminin yaradılması və uçot sisteminin təkmilləşdirilməsi nəticəsində ASC-də alınan elektrik enerjisinin həcmi 18 785,6 mln. kVt-saat səviyyəsinə qədər azalıb (2015-cı ildə bu göstərici 19 688,4 mln. kVt-saat olub).