• İQTİSADİYYAT

    17:28 23 may 2019

"Azərişıq" gəlirlərini artırıb

“Azərişıq” ASC 2018-ci ildə elektrik enerjisinin satışından 1 205,021 mln. manat gəlir əldə edib ki, bu da 2017-ci ilin göstəricisini 2,4% üstələyir.

ONA-nın qurumun maliyyə hesabatına istinadən verdiyi məlumata görə, satışının maya dəyəri ötən il ərzində 2% artaraq 1 097,307 mln. manat təşkil edib.

ASC-nin cəmi aktivləri 2018-ci ilin dekabrın 31-nə 2 237,826 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çoxdur.

2018-ci ildə “Azərişıq”ın uzunmüddətli aktivləri 14,4% artaraq 2 067,145 mln manat, cari aktivləri isə 28,6% azalaraq 170,681 mln manat təşkil edib.

ASC 2018-ci ili il üzrə mənfəəti 12,919 mln manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 28% azdır.

Ötən il ərzində müəssisənin cəmi kapitalı 3,3% artaraq 1 572,269 mln manat, o cümlədən nizamnamə kapitalı 15% artaraq 1 678,705 mln manat təşkil edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR