"Azərkosmos" bu il xidmətlərin ixracından 14 mln. dollara yaxın gəlir əldə edib
  • İQTİSADİYYAT

  • 15:01 31 May 2019

"Azərkosmos" bu il xidmətlərin ixracından 14 mln. dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, cari ilin dörd ayında "Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ixracından 13,7 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.

"Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 47,3% artıb.

Bu ilin aprel ayında isə "Azərkosmos" dünyanın 18 ölkəsinə 6,1 mln. dollar dəyərində xidmət ixrac edib.

"Azərkosmos"un 2019-ci ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq və BƏƏ olub.

OXŞAR XƏBƏRLƏR