• İQTİSADİYYAT

    17:25 8 aprel 2019

“Azərlotereya” xalis mənfəətini kəskin artırıb

İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 12,035 mln. manat olub. Bu göstərici ötən ilin yanvarın 1-i ilə müqayisədə 2,659 mln. manat və ya 22,1% artıb.

ONA-nın ASC-yə istinadən verdiyi məlumata görə, “Azərlotereya”nın 2017-ci ildə cəmi öhdəlikləri 3,109 mln. olduğu halda 2018-ci ilin yanvar ayının 1-nə bu göstərici 65% artaraq 5,136 mln. manat olub. Cəmi kapitalı isə 10,1% artaraq 6,898 mln. manata təşkil edib. Ümumilikdə, “Azərlotereya”nın 2018-ci ili 3,232 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 2,65 dəfə çoxdur.

Ötən il ərzində “Azərlotereya” ASC tərəfindən keçirilən lotereyalar üzrə 36 731 285 ədəd lotereya bileti satılıb. Satışdan 40 552,9 min manat və sair əməliyyatlardan 394,3 min manat olmaqla, ümumilikdə 40 947,2 min manat gəlir əldə edilib. Bu dövrdə 2 486,4 min manat ƏDV və 2,3 min manat əmlak vergisi hesablanıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR