Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştərilərinə "Azərpoçt" MMC tərəfindən ümumilikdə 62 940 280 manat ödənilib.
Kompensasiyası 500 manatdan aşağı olan müştərilər 15 56 243 manatı nağd şəkildə, kompensasiyası 500 manatdan yuxarı olan müştərilər isə 47 884 37 manat vəsaiti kart vasitəsilə əldə edib.
ONA-nın "Azərpoçt"a istinadən verdiyi məlumata görə, kartların və PİN zərflərin regionlarda müştərilərə təqdim edilməsi prosesi may ayının 31-nə qədər həyata keçirilib.
1 iyun tarixindən aidiyyəti üzrə bölgələrdən kompensasiya almayanlar, kartlarını və PİN zərflərini Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Şəbəkə" xidmət mərkəzindən əldə edə bilərlər.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt"un icra etdiyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunur.