• İQTİSADİYYAT

    10:46 24 aprel 2019

“Azərpoçt” yeni korporativ informasiya sisteminə keçib

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC korporativ informasiya sisteminin ("Colvir Postal System" - CPS) yenilənmə işlərini başa çatdırıb. Bu barədə ONA-ya "Azərpoçt"dan bildirilib.

Sistemin yeni versiyasına keçid "Azərpoçt"a əhaliyə göstərdiyi maliyyə xidmətləri üzrə işlərini optimallaşdırılmasına, proseslərin avtomatlaşdırmasına, yeni həlləri üçüncü şirkətlərlə və tərəfdaşlarla inteqrasiya edilməsinə imkan yaradacaq.
Sistemin yenilənməsi nəticəsində "Azərpoçt"un keçmiş bazası iki hissəyə (maliyyə və poçt) bölünüb, mövcud infrastruktur isə "Azintelecom"un "bulud" məkanına köçürülüb ki, bu da gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsinə və səmərəliliyin artırılması üçün böyük imkan yaradır.

Hazırda MMC-nin 1 200-dən çox şöbə və filialı korporativ sistemə qoşulub. "Azərpoçt" geniş poçt şəbəkəsində malikdir və hazırda ölkə üzrə poçt şöbələrinin sayı təxminən 1,5 minə yaxındır.

Qeyd edək ki, "Azərpoçt" 2012-ci ilin aprel ayında Azərbaycan Mərkəzi Bankının lisenziyasına əsasən maliyyə xidmətləri göstərməyə başlayıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR