“Azərpoçt”un daha bir “Şəbəkə” xidmət mərkəzi Ağdaş poçt filialının inzibati binasında açılacaq. Bunu ONA-ya “Azərpoçt”dan deyiblər.
“Şəbəkə” vətəndaşlara “bir pəncərə” prinsipi ilə xidmət göstərəcək. Vətəndaşlar xidmət mərkəzinə müraciət edərək poçt və maliyyə əməliyyatları, telefon rabitəsi, elektron imza, aviabiletlərin alınması və həmçinin lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçiriləcək.
Hazırda ölkə üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.