• İQTİSADİYYAT

    17:16 28 mart 2019

"Azərsığorta" ötən ili mənfəətlə başa vurub

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını dərc edib.

ONA-nın "Azərsığorta"ya istinadən verdiyi məlumata görə, şirkət ötən ili 3,680 mln. manatlıq mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 1,3% çoxdur. Lakin şirkət hələ mənfəət vergisi ödəməyib. "Azərsığorta"nın cəmi aktivləri bu il yanvarın 1-nə 27,147 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6% artım deməkdir.

Bundan başqa, 2018-ci ildə şirkətin gəlirləri əvvəlki ilə nisbətən 7,4% artaraq 52,543 mln. manat, xərcləri isə 8% artaraq 49 mln. manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR