Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə məhdudiyyət aradan qaldırılıb.
İcbari Sığorta Bürosundan ONA-ya verilən məlumata görə, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarına əsasən bu gündən etibarən "Azərsığorta"nın İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib.
Xatırladaq ki, İcbari Sığorta Bürosu MBNP-nin İdarə Heyətinin qərarına əsasən 17 may 2019-cu il tarixindən etibarən "Azərsığorta"nın informasiya sisteminə girişini məhdudlaşdırmışdı.