“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov aprelin 16-da saat Şamaxıda vətəndaşları qəbul edəcək.
ONA-nın ASC-yə istinadən verdiyi məlumata görə, “Azərsu”nun sədri Qorxmaz Hüseynov aprelin 16-da saat 11:00-da Şamaxı şəhərində vətəndaşları qəbul edəcək. Qəbul Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı rayonlarında yaşayan vətəndaşların içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Şamaxı, Ağsu, Qobustan və İsmayıllı sukanal sahələrinə, həmçinin “Azərsu” ASC-nin 431-47-67 (daxili 1050) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.