"Azexport" portalı “Visa International”ın SRC tətbiqinin (Secure Remote Commerce) istifadə etməsinə dair razılıq əldə olunub.
Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinindən ONA-ya verilən məlumata görə, Azərbaycanda elektron ticarət və biometrik parametrlər üzrə ödəniş tapşırıqlarının təsdiqlənməsi kimi sahələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.
“Visa International” bu il də Azərbaycanda keçiriləcək “Rəqəmsal Ticarət Qovşağı”nın üçüncü konfransında yaxından iştirak edəcəyini bildirib.
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Visa International” şirkətinin MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə rəhbəri Vira Platonova, MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə hökümətarası əlaqələr üzrə rəhbəri Yuliya Zaavalişına və Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Nurlan Hacıyevi qəbul edib.
Görüşdə “Visa Internationall”ın təqdim təmassız ödəniş sistemləri, transsərhəd müqavilələrdə elektron ödənişlərin "Visa Wallet", "Visa e-identity" və "Visa Checkout" kimi müasir texnologiyalardan istifadə kimi məsələlər haqqında müzakirələr aparılıb.