• İQTİSADİYYAT

    09:16 1 aprel 2019

“Azsığorta” ötən ili mənfəətlə başa vurub

“Azsığorta” şirkəti 2018-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. ONA-nın sözügedən hesabata istinadən verdiyi məlumata görə, hesabat ilində “Azsığorta”nın cəmi aktivləri 60,730 mln. manat, cəmi kapitalı 26,329 mln. manat, cəmi öhdəlikləri isə 34,400 mln. manat təşkil edib. Əvvəlki ilə nisbətən bu göstəriciləri müvafiq olaraq 1,92% və 13% artıb, cəmi kapital isə 9,51% azalıb.

2017-ci ili 3 mln. manatdan çox zərərlə başa vuran "Azsığorta" 2018-ci ilə 4,406 mln. manatlıq xalis mənfəətlə yekun vurub. Hesabat ilində “Azsığorta” 1,11 mln. manat mənfəət vergisi ödəyib. Şirkətin cəmi gəlirləri 1,274 mln. manat, cəmi xərcləri isə 9,756 mln. manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 4% və 28,4% azdır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR