Bu ilin birinci rübündə 2018-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda "Bahar" və "Qum dəniz" yatağının daxil olduğu blokun layihəsinin operatoru olan "Greenfields Petroleum Corporation" şirkətinin hasilatından əldə olunan gəlirin həcmi 6,3 mln. ABŞ dolları olub, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% azdır.
ONA-nın "Greenfields Petroleum Corporation"un hesabatına istinadən verdiyi xəbərə görə, şirkətin əməliyyat xərcləri 5,4 mln. dollar təşkil edib, bu da ötən illə müqayisədə 8%-lik artım deməkdir.
Hesabata əsasən, bu ilin birinci rübündə kapital xərclər 0,6 mln. dollar təşkil edib (57% azalma qeydə alınıb).
Bu ilin birinci rübündə "Qum dəniz" yatağında neft hasilatı gündəlik 665 barel təşkil edib ki, bu da keçən ilin dördüncü rübü ilə müqayisədə 10% azdır.