• İQTİSADİYYAT

    16:36 16 aprel 2019

"Bakcell"ə yeni baş icraçı direktor təyin olunub

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə Rainer Rathgeber təyin ediləcək.

Şirkətdən ONA-ya verilən məlumata görə, o, fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.

Telekommunikasiya sahəsində 20 illik iş təcrübəsinə malik olan R.Rathgeber Avropa və Asiya ölkələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Almaniyada “Deutsche Telekom AG” strukturlarında rəhbər vəzifələrində çalışan cənab Rathgeber “T-Mobile International AG”də vitse-prezident, “T-Mobile Croatia”da baş icraçı direktor, “Croatian Telekom”da mobil rabitə biznesi üzrə baş əməliyyat direktoru, “OTE Group Greece” və “Romtelecom Romania”da direktorlar şurasının üzvü olub. O həmçinin, Abu Dabidə “Etisalat Groupd”da baş kommersiya direktoru, Nigeriyanın EMTS şirkətinin və Pakistanın PTCL və “Ufone” şirkətlərinin direktorlar şurasının üzvü, Pakistanın “Ufone” şirkətində baş icraçı direktor, Pakistanın “Ubank” təşkilatında (PTCL qrupunun hissəsi) direktorlar şurasının sədri kimi vəzifələrdə çalışıb.

Qeyd edək ki, 2016-cı ilin may ayından 2019-cu ilin aprel ayınadək “Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış Nikolay Bekers şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində "Bakcell" şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR