• İQTİSADİYYAT

    16:12 17 aprel 2019

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Qazaxıstanın "Kurık" portu arasında anlaşma memorandumu imzalanıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qazaxıstanın "Kurık" portu ilə anlaşma memorandumu imzalayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”ndan ONA-ya verilən məlumata görə, sənəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində keçirilən nəqliyyat nazirlərinin 4-cü görüşü zamanı imzalanıb.

Qeyd olunub ki, memorandum gələcəkcə tərəflərarası yükdaşımalar sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR