• İQTİSADİYYAT

    17:27 6 mart 2019

Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır

Bakı Dairəvi-1 avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməkdir.

Yolun deformasiyaya uğramış hissələrində köhnə asfalt-beton örtüyü frezlənərək yolun hərəkət hissəsi profilə salınır. Daha sonra yeni asfalt-beton örtüyü döşənərək deformasiyaya uğramış örtük bərpa edilir.

İşlər yolun 3, 5 və 6-cı km-lik hissələrində aparılıb. Ümumilikdə bərpa olunmuş ərazinin sahəsi 6 min kv. m-dən çoxdur.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət Agentliyi rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sözügedən yol üzrə təmir-bərpa işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR