"Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin "Əsaslı Təmir" MMC tərəfindən Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.
"Azərbaycan Dəmir Yolları"ndan ONA-ya verilən məlumata görə, Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabuncu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulmuş və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb. Hazırda təmir işləri davam edir.