"Bakı dairəvi dəmir yolunun 2020-ci ilin yanvar ayının sonunadək tam hazır olacağı gözlənilir".
"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, sözügedən dəmir yolunun Pirşağı qəsəbəsinədək olan hissəsi artıq istifadəyə verilib. Sözügedən yolun növbəti 18 kilometrlik hissəsində isə hələ işlər davam etdirilir.
C. Qurbanov onu da bildirib ki, dekabrın 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.
Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.