• İQTİSADİYYAT

    18:06 2 aprel 2019

Bakı Fond Birjasının dövriyyəsi 18,5% azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 18,5% azalaraq 3 336,447 mln. manat təşkil edib.

BFB-dən ONA-ya verilən məlumata görə, hesabat dövründə bağlanan əqdlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artaraq 18 458 olub.

Cari ilin yanvar-fevral aylarında törəmə alətlər bazarında əqdlərin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3 dəfədən çox azalaraq 609,9 mln. təşkil edib.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının dövriyyəsi 24,8% artaraq 2 605,082 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR