• İQTİSADİYYAT

    16:44 30 aprel 2019

Bakı Fond Birjasının dövriyyəsi azalıb

Bu ilin birinci rübündə Bakı Fond Birjasının (BFB) dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% azalıb.

ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə BFB-də bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə bu il 16,7% azalaraq 4 649,302 mln. manat olub.

BFB-də dövlət qiymətli kağızlar üzrə dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 40,8% artaraq 3 671,751 mln. manat təşkil edib.

Hesabat dövründə Maliyyə Nazirliyinin iqstiqrazları üzrə dövriyyə 15,2% artaraq 227,439 mln. manat olub. Azərbaycan Mərkəsi Bankının notları üzrə dövriyyənin həcmi isə 42,9% artaraq 3 444,311 mln. manat təşkil edib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR