Yeni Bakı Limanı beynəlxalq nəqliyyat zəncirinin ayrılmaz bir hissəsidir və ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ONA-ya verilən məlumata görə, bu fikirləri italiyalı ekspert Domeniko Letizia İtaliyanın məhşur “Atlantis” jurnalının “Country Focus” bölməsində Ələt qəsəbəsində yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqaləsində qeyd edib. Ekspert Domeniko Letizia məqalədə Bakı Limanının logistik və əməliyyat imkanları, limanın ölkə iqtisadiyyatına və regionun inkişafına, o cümlədən qeyri-neft sektorunun inkişafına verdiyi töhfə kimi məsələlərə toxunub.
Məqalənin başlanğıcında ekspert Prezident İlham Əliyevin Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və ölkə iqtisadiyyatın diversifikasiyası haqqında deyib.
“Yeni Bakı Limanı beynəlxalq nəqliyyat zəncirinin ayrılmaz bir hissəsidir və ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.”, - ekspertin qeyd edib.
Bundan əlavə, Letizia Bakı Limanında ən son texnologiyaya uyğun, müasir standartlara cavab verən liman avadanlıqlarının istifadə edilməsi, limanın əməliyyatlarının rəqəmsallaşdırılması, o cümlədən ətraf mühitin qorunması istiqamətində atılan önəmli addımlara da toxunub. Onun sözlərinə görə, yeni Bakı Limanı tam olaraq dünya standartlarına uyğun fəaliyyət göstərir.
Ekspert Bakı Limanının Xəzər hövzəsində ilk dəfə olaraq Yaşıl Liman statusunu almağa namizədliyi , o cümlədən PERS ( Liman Ətraf Mühitinin Dəyərləndirilməsi Sistemi) sertifikatı haqqında danışıb.