• İQTİSADİYYAT

    11:47 10 may 2019

Bakı Dəniz Limanı regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir

Bakı Dəniz Limanı təkcə Çindən Avropaya ən qısa və təhlükəsiz yol kimi deyil, əks istiqamətdə də yüklərin çatdırılmasında mühüm rol oynamaq, regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir.

ONA-nın "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-yə istinadən verdiyi xəbərə görə, bunu QSC-nin baş direktoru Taleh Ziyadov Çinin Quancou şəhərində keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik Dünya Limanlar Konfransı çərçivəsində söyləyib.

Məlumata əsasən, T. Ziyadov Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən və geniş ticarət əlaqələri olan Azərbaycanın sahib olduğu nəqliyyat-logistika imkanları, o cümlədən Bakı Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində vacib rolu haqqında bəhs edib.

"Çindən yollanan yüklər 6 gün ərzində Bakı Dəniz Limanına çatır və buradan qısa müddətdə Avropaya çatdırılır", - deyə baş direktor əlavə edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR