Bakıda fəaliyyət göstərən orta təhsil məktəblərin vahid şəbəkəsi yaradılacaq. Bu barədə ONA-ya “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov məlumat verib.
Onun sözlərinə görə, hazırda sözügedən layihə üzlə işlər tamamlanmaq üzrədir və bununla bağlı ətraflı məlumat aprel aylına açıqlanacaq.
“Layihə Azərbaycan Təhsil Nazirliyi ilə birgə icra olunur. Qısa olaraq onu deyə bilərəm ki, layihənin əsas məqsədi məktəblərdə olan bütün kompüterlərin bir nöqtədən idarə olunmasıdır. Hazırda Təhsil Nazirliyinin şəbəkəsində təxminən 50 min kompüter var ki, bu da ölkədə ən böyük kompüter şəbəkələrindən biri sayıla bilər. Bu şəbəkənin idarə edilməsi böyük müəssisələrdə olduğu kimi olmalıdır. Əsas məqsəd ondan ibarətdir ki, təhsil sisteminin, məktəb şəbəkəsinin idarəetmə xərcləri kəskin azaldılsın və optimallaşdırılsın”, - deyə E. Axundov qeyd edib.