• İQTİSADİYYAT

    14:29 27 fevral 2019

“Bakı Metropoliteni”: Rusiyadan 30 vaqon alınacaq

“Bakı Metropoliteni”nin vaqon parkının yenilənməsi son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla park yenilənəcək. Bu ilin iyun ayından başlayaraq 30 ədəd vaqon Rusiyadan Azərbaycana gətiriləcək”.

Bu barədə ONA-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumatda deyilir ki, qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləyəcək: “2014-cü ildən mərhələ ilə dərinləşdirilmiş və həm də modernləşdirilmə prosesi ilə zənginləşdirilmiş bu proses artıq metropolitenin özünə məxsus ən müasir tələblər səviyyəsində qurulmuş sexdə aparılır. Bu isə vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaətlə yanaşı, yeni tipli işçi potensialı, keyfiyyət, səmərə deməkdir”.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR