“Bakı Metropoliteni” QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.
ONA-nın metropolitenə istinadən verdiyi məluçata görə, əsas tələblər sırasında ali təhsil (həkim-terapevt), orta-ixtisas təhsili (tibb bacısı), idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, azərbaycan dilini mükəmməl bilmə v kompüter bilikləri yer alır.
Həkim və tibb bacısı vəzifəsində çalışacaq işçilər metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərəcəklər, maşinistləri reysqabağı tibbi müayinədən keçirəcəklər.
İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.