"Bakı Metropoliteni"nin sərnişinlərinə Wi-Fi xidməti təklif oluna bilər. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin işarə vermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.
Onun sözlərinə görə, müəyyən texniki və təhlükəsizlik məsələləri var ki, onlar tam həll olunduğu zaman bu müstəvidə danışmaq olar: "Bizim əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bildiyiniz kimi, Wi-Fi müəyyən radiodalğalar üzərindən işləyir, bu isə digər cihazların işinə maneələr törədir. Hazırda araşdırmalar aparılır ki, gələcəkdə texniki problem olmadan biz bu layihəni həyata keçirə bilək”.