“Buta Airways” şirkəti Bakı-Mineralnıye Vodı aviareysi üzrə uçuşların sayını artıracaq. Bu barədə ONA-ya aviaşirkətdən bildirilib.
Şirkətdən verilən məlumata görə, hazırda sözügedən marşrut üzrə uçuşlar həftənin III, VI və VII günləri saat 16:00-da yerin yetirilir: “Yay aylarında sözügedən istiqamət üzrə artan tələbatı nəzərə alaraq bu ilin iyul-avqust aylarında Bakı-Mineralnıye Vodı marşrutu üzrə uçuşlar həftənin bütün günləri, gündə iki dəfə - 16:00-da və 17:45-də həyata keçiriləcək”.
Qeyd edək ki, bu marşrut üzrə hər iki istiqamətə biletin minimal qiyməti 95 manat təşkil edir.