Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA ("LOw LAtency") audiovizual yayım sistemi qurulub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan ONA-ya verilən məlumata görə, sistem artıq sınaq rejimindədir və cari il ərzində bu texnologiyanın rəsmi təqdimat mərasiminin keçiriləcək.
LOLA sistemi İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən Cuzeppe Tartini adına musiqi konservatoriyası tərəfindən yaradılıb. Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmaları mövcuddur.