SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernləşdirilməsi və yenidən qurulması çərçivəsində yeni Neftin İlkin Emalı qurğusunun tikintisi daha sərfəlidir. Bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Bundan əvvəl BNEZ-də neftin ilkin illik emal gücü 7,5 mln. tonadək artırılması çərçivəsində zavodda yerləşən illik gücü 6 mln. ton təşkil edən Neftin İlkin Emalı qurğusunun (ELOU-AVT) modernləşdirilməsi və keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan Neftin İlkin Emalı qurğusunun BNEZ-nin ərazisinə köçürülməsi nəzərdə tutulmuşdur.
Vitse-prezidenti sözlərinə görə, yeni qurğunun inşasının təxmini dəyəri 350 mln. dollara yaxın ola bilər. Qurğunun tikintisi 3,5 il vaxt tələb edəcək.
T. Qəhrəmanov sözlərinə görə, buna baxmayaraq, illik gücü 7,5 mln. ton olacaq yeni qurğunun tikintisi daha sərfəli və səmərəlidir.