• İQTİSADİYYAT

    12:43 4 iyul 2019

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bərpa olunub

SOCAR Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edib. Bu barədə "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR