Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-50 km hissəsində, qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməkdir.
Sürücülərdən özügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.