• İQTİSADİYYAT

    09:39 8 aprel 2019

Dövlət Agentliyi: Pirsaatçay körpüsü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istərsə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR