• İQTİSADİYYAT

    17:39 18 aprel 2019

Bakı Şəhər Halqası bu il “Formula-1” üzrə Azərbaycan Qran-prisinə gələnlərin sayında 10%-lik artım gözləyir

“Formula-1” Azərbaycan Qran-pri yarışlarına beynəlxalq səviyyədə biletlərin satışının azalmasına baxmayaraq, xaricdən ölkəyə gələnlərin sayı artmaqdadır. ONA-nın xəbərinə görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bildirib.

Onun sözlərinə görə, əsas məqsəd “Formula-1”in izləyicilərinin sayının artırılmasıdır və bu baxımdan yerli izləyicilərin payı daha yüksəkdir.

"Rəqəmlərə gəldikdə izləyicilərin sayı, məsələn, 2017-ci ildə ikiqat artıb, 2018-ci ildə isə 30%-lik artım müşahidə olunub. Düşünürəm ki, bu il artım 10% üzərində olacaq. Bu, çox sevindirici rəqəmlərdir", - deyə B. Özərdim qeyd edib.

B. Özərdim onu da vurğulayıb ki, bu il “Formula-1” Azərbaycan Qran-prisinə Böyük Britaniya, Avstriya, Hollandiya, Finlandiya və Amerika kimi ölkələrdən yüzlərlə izləyicilərin gəlməsi gözlənilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR