"Bakı Şəhər Halqası" əməliyyat şirkəti və Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" arasında "Formula 1" Azərbaycan Qran Pri yarışlarına dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.
ONA-nın məlumatına görə, əldə olunmuş razılığa əsasən, "Bakcell" şirkəti baş tutacaq növbəti 3 yarışda dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində "Formula 1"in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətdən yararlanmaq imkanına sahib olacaq. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına “Bakcell” şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.