• İQTİSADİYYAT

    12:45 5 mart 2019

Bakının elektrik təchizatının etibarlığı və dayanıqlığı daha da yaxşılaşıb

Paytaxt Bakı şəhəri üzrə 2018-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,86 saat təşkil edib.

Energetika Nazirliyindən ONA-ya verilən məlumata görə, ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,96 dəfə olub.

Bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 110 və 35 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90 faizindən artıq ərazisində yeraltı kabelləşmə işinin həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR