• İQTİSADİYYAT

    09:50 28 mart 2019

"Bakı Sığorta" xalis mənfəətini artırıb

“Bakı Sığorta” şirkəti 2018-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. ONA-nın şirkətə istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə “Bakı Sığorta” mənfəətini 27% artıraraq 71 923 manata çatdırıb. Hesabat dövründə şirkətin cəmi gəlirləri 2,109 mln. manatdan çox, cəmi xərcləri isə 1,691 mln. manatdan çox olub. Şirkətin maliyyə mənfəəti 418 min manat təşkil edib. 2018-ci ildə “Bakı Sığorta” 83 min manatdan çox mənfəət vergisi ödəyib.

Bununla yanaşı, şirkət 2017-ci illə müqayisədə ötən il bir qədər az sığorta haqqı toplayıb. Belə ki, 2017-ci ildə bu rəqəm 1,287 mln. manat olub, 2018-ci ildə isə bu göstərici 20,4% azalaraq 1,025 mln. manat təşkil edib.

Hesabat ilində şirkətin sığorta ödənişləri əvvəlki illə müqayisədə 30,4% azalaraq 197 min manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR