• İQTİSADİYYAT

    22:16 23 mart 2020

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb

Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxışı məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR