Bu ilin yanvar-fevral aylarında magistral qaz kəmərləri ilə 5270,1 mln. kub-metr qaz nəql edilib.
ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artım müşahidə olunub.
Qaz nəqlinin 32,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 1720,9 mln. kub/metr qaz ötürülüb.