• İQTİSADİYYAT

    16:06 5 mart 2019

Bakıda 24 min abunəçi GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub

2018-ci ildə Bakı şəhərində ümumilikdə 44 min mənzillik 361 binanı əhatə edən infrastruktur yaradılıb, 24 min abunəçi GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Hesabat ilində paytaxtda genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək üçün, şəbəkənin ATS-lərində genişzolaqlı internet avadanlıqların montaj tutumları 12 992 port artırılaraq, onların ümumi sayı 255 719-a çatdırılmış, genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı 19 708 nəfər artıb.

Telefon şəbəkəsinin montaj tutumu 28 988 nömrə artırılaraq 805 984-ə, regionlarda isə 50 523 yeni abunəçinin şəbəkəyə qoşulması hesabına, abunəçilərin ümumi sayı 306 326-ya, telefon şəbəkəsinin montaj tutumu isə 14 954 nömrə artırılaraq 848 828-ə çatdırılıb.
Ötən il ərzində Kürdəmir, Lənkəran, Şirvan, Göygöl, Beyləqan, Masallı, Tovuz, Goranboy, Samux, Bərdə, Şirvan, Qazax, Quba, Xaçmaz, Biləsuvar, Lerik, Qobustan, Sumqayıt telekommunikasiya qovşaqlarının xidmət ərazisində ümumi tutumu 5 976 nömrə olan 26 müasir elektron ATS qurularaq istismara verilib.
Hesabat ilində respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə abunəçilərinin sayı 15-ə, hər 100 ailəyə düşən abunəçilərin sayı 63-ə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 106-ya çatdırılıb və əhalinin 80 faizi internet, 72 faizi isə genişzolaqlı internet istifadəçisidir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR