• İQTİSADİYYAT

    10:09 23 may 2019

Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Büdcəsi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Hesablama Palatasının təşkilatçılığı ilə may ayının 23-dən 25-dək davam edəcək Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI – International Organization of Supreme Audit Institutions) Dövlət Büdcəsi üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.

ONA xəbər verir ki, 25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən 34 üzv Ali Audit Qrupundan ibarət olan İşçi Qrupuna sədrliyi 2017-ci ildə Filippin Audit Komissiyası öz üzərinə götürüb.

27 ölkənin Ali Audit qurumunun nümayəndə heyətinin iştirak etdiyi İşçi Qrupun Bakı toplantısının ilk günündə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantın məqsədindən danışaraq islahatlar dövründə dövlət borcunun idarə edilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktuallığından danışıb. O bildirib ki, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlıq və təcrübə zəruridir.

Filippin Audit Komissiyasının və INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl G. Aguinaldo çoxtərəfli və ikitərəfli əməkdaşlığın Ali Audit Qurumlarının fəaliyyətində rolundan danışıb. O bildirib ki, beynəlxalq təcrübə və əsas məsələlər olan borc öhdəliyi, borcla məşğul olan institutların təcrübəsi paylaşılacaq: "Bu sahədə müxtəlif ölkələrin təcrübəsi var. Dəstək nəzəriyyəsində biliyin transferi və əməkdaşlıq həyata keçiriləcək.

Artıq 3 ildir fəaliyyət göstərirəm. Sədr kimi dəstəyinizə dəyər veririk. Hesab edirəm ki, illik toplantı məhsuldar olacaq".

Daha sonra İşçi Qrupunun nümayəndələri müxtəlif mövzularda məruzə edərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Toplantıda Dövlət Borcu üzrə İşçi Qrupun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün Dövlət Borcu üzrə İşçi Qrupun İş Planı, 2017-2019-cu illər üzrə İş Planı və veb-səhifəsinin müzakirəsi nəzərdə tutulur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR