• İQTİSADİYYAT

    18:14 16 aprel 2019

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Avstriya işgüzar görüşü keçirilib.

ONA-nın Azpromo-ya istinadən verdiyi məlumata görə, görüşdə energetika, maşınqayırma, İKT, qida, bank, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 20-dən çox avstriyalı iş adamı iştirak edib.

Tədbirdə çıxış edən Azpromo-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, avstriyalı iş adamlarını bu imkanlardan yararlanmağa və azərbaycanlı sahibkarlarla fəal əməkdaşlığa dəvət edib.

Avsrtiya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek görüşün işgüzar dairələri arasında əlaqələrinin genişləndirilməsində əhəmiyyətini, səfərin məqsədinın də Azərbaycan və Avstriya iş adamları arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın investisiya mühiti və biznes imkanları ilə yaxından tanışlıq olduğunu qeyd edib.

Sonra iştirakçılara Azərbaycanın investisiya imkanları barədə təqdimat keçirilib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR