• İQTİSADİYYAT

    13:55 20 may 2019

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Bu ilin sentyabr ayında Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Elektron Ticarət Forumu (Baku E-trade Forum) keçiriləcək. Bu barədə ONA-ya Nazirlikdən bildirilib.

Forum regionda elektron ticarətin inkişafı üçün tövsiyələrin nəzərdən keçirilməsi və onların tətbiqi imkanlarının müəyyənləşdirilməsi üçün beynəlxalq platformanın rolunu oynayacaqdır. Forumda yerli və xarici nümayəndələrin iştirakı gözlənilir.

Sessiyalar zamanı sahə ekspertlərinin, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR