• İQTİSADİYYAT

    11:41 16 aprel 2019

Bakıda bir neçə yolda xətlənmə işləri aparılır

Paytaxtda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi xətlənmə işlərinin aparılması davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən xəbərə görə, Xan Şuşinski küçəsində bu gün günorta saat 12.00-dan axşam saatlarınadək, axşam saat 22. 00-dan səhər saatlarına qədər Şəmsi Bədəlbəyli və Süleyman Rüstəm küçələrinin kəsişməsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR