Bu ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7% artaraq 1 715,5 mln. manat olub.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 1 181,7 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 68,9%-ni təşkil edib.