Azərbaycan Kiber İdman Federasiyası dəstəyi ilə aprelin 25-26-sı Bakıda futbol üzrə kiber çempionat start götürəcək.
Federasiyasından ONA-ya verilən məlumata görə, kiber çempionata qeydiyyat aprelin 12-dən 22-dək davam edəcək. Aprelin 24-də isə yarışın püşkatması keçiriləcək. Çempionatda yalnız 128 nəfər iştirak hüququ qazanacaq.
İştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün https://finalbaku2019.az/cybercup/ səhifəsində qaydalar düyməsinə klikləməklə, məlumat əldə etmək olar.
Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 manat pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 manat pul mükafatı veriləcək. Üçüncü yerin sahibinə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.