Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) 2018-ci il Hasilat Sənayesində Şəffaflıq (HSŞ) hesabatının hazırlanması məqsədi ilə HSŞ üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.
ARDNF-dən ONA-ya verilən məlumata görə, iclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.
İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.