• İQTİSADİYYAT

    10:36 11 aprel 2019

Bakıda Həştərxan ticarət evi açılacaq

Həştərxan şəhərində Bakıda Həştərxan ticarət evinin yaradılması barədə müzakirələr aparılıb. Analoji Azərbaycan ticarət evi Həştərxanda ötən il işə başlayıb. Bu təşəbbüsün reallaşdırılması imkan verəcək ki, Həştərxan vilayəti Xəzər dənizi ətrafı ölkələrlə ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırsın.

ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, Həştərxanda keçirilən sessiyada bölgənin xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, həmçinin "Sahibkarlığa dəstək və beynəlxalq əməkdaşlığın inkişafı" mövzusunda bölgənin sosial-iqtisadi inkişaf strategiyaları müzakirə olunub.

Həmçinin sessiya çərçivəsində Həştərxan vilayətində logistik xabın salınması ilə bağlı məsələlər müzakirə olunub. Bu layihənin "KDY Logistics" Azərbaycan şirkətinə məxsus olduğu bildirilib. Yeni loqistika mərkəzi Azərbaycan, Türkiyə və İrandan Rusiyaya və digər MDB ölkələrinə məhsulların fasiləsiz tranzitini təmin edəcək.

Məlumatda bildirilir ki, "Beynəlxalq Əməkdaşlıq və İxrac" regional layihəsinin həyata keçirilməsi çərçivəsində bir sıra layihələr hazırlanır: bunlar "Kənd təsərrüfatı məhsullarının ixracı", "Sənaye ixracı", "Xidmətlərin ixracı" və "Beynəlxalq əməkdaşlığı və ixracı təşviq etmək üçün sistemli tədbirlər"dir.

Həştərxan vilayətinin əsas tərəfdaşları Xəzəryanı dövlətlərin olacağı bildirilir. Xüsusilə, Həştərxanda İran ticarət evinin fəaliyyətinin genişləndirilməsi, pambıqçılıq və pirinççilik sahəsində əməkdaşlıq, çay istehsalının yaradılması layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR