• İQTİSADİYYAT

    12:20 3 aprel 2019

Bakının iaşə dövriyyəsi 4% artıb

Bu ilin yanvar ayında Bakı üzrə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4% artaraq 130,4 mln. manat olub. Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, dövriyyənin 49,8%-i hüquqi şəxs statuslu müəssisələrin, 50,2%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-fevral aylarına nisbətən 10% artaraq 65 mln. manat təşkil edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR