• İQTİSADİYYAT

    12:46 1 may 2019

Bakıda ilk "KOB evi" bu ilin sonunadək Nərimanov rayonunda açılacaq

Azərbaycanda "KOB evləri"ndə göstərəcək xidmətlərin elektron platforması (e-KOB) yaradılacaq. ONA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, portal "KOB evləri"ndə göstəriləcək xidmətlərin elektron alternativdir.

"Bu işə artıq başlanılıb. Hökumətin müəyyən strukturları ilə danışıqlara başlanılıb və hesab edirik ki, "KOB evi" açılandan sonra bu portal istifadəyə veriləcək", - deyə O. Məmmədov bildirib.

O həmçinin qeyd edib ki, "KOB evi" cari ilin sonunadək Bakının Nərimanov rayonunda açılacaq.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR