• İQTİSADİYYAT

    12:58 3 aprel 2019

Bakıda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 14% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan paytaxtında iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,295 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,8% az vəsait yönəldilb.

ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında ümumi sərmayənin 51,5%-i dövlət, 48,5%-i isə qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 59,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Məlumata əsasən, 2019-cu ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3%-ni tikinti, yenidənqurma və genişləndirmə, 8,6%-ni əsaslı təmir, 6%-ni cari təmir, 20,1%-ni isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 83,8%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR